Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Giləmeyvəli qaraçöhrə  / European yew, Engilish yew  / Taxus baccata 


Şöbə / Division: Çılpaqtoxumlular – Gymnospermae (Pynophyta)

Sinif / Class: İynəyarpaqlılar (Qozadaşıyanlar) – Pinopsida

Sıra / Order: Taxales

Fəsiə/ Family: Qaraçöhrəkimilər – Taxaceae

Elmi adı / Scientific name: Taxus baccata L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür [1, 3,].

Qlobal I ICUN statusu / Global I ICUN Status: LC

Qısa morfoloji təsviri: Həmişəyaşıl ağacdır. 12—20 (35) m boyunda, 60—80 (150) sm diametrindədir. Yarpaqları xətvari, yastı, üst tərəfdən tünd—yaşıl, alt tərəfdən isə açıq—rənglidir. Meyvə əmələgətirən tozcuqları tək—tək yumurtacıqlardan ibarət olub, qaidəyə yaxın hissələri kirəmitvari düzülmüş pulcuğaoxşar yarpaqlarla əhatə olunmuşdur. Toxumları 2—4 qabırğalı, val, iki örtüklüdür, xaricdən örtüyü ətli – qırmızı, şirəlidir, şirəsi şirindir [1, 2,].

Bioloji, ekoloji və fitosenolojixüsusiyyətləri: Mart – aprel aylarında, yuxarı dağ qurşaqlarında bəzən mayda tozlanır. Toxumları elə həmin il avqust – sentyabr aylarında (bəzən oktyabr ayında) yetişir. Toxumla, qələmlərlə, basdırmaqla və calaq edilməklə çoxaldılır; kötüyündən pöhrə verir və bu xüsussiyyətini qocalana qədər mühafizə edir. Tozlanması entomofildr. Toxumları quşlar və gəmirici heyvanlar tərəfindən yayılır. Mezofitdir, havanın rütubətliyinə tələbkardıt. Kölgəyə, şaxtaya və küləyə davamlıdır. Torpağa qarşı çox tələbkardır, çürüntüsü çox olan təzə, qalın əhəngli torpaqlarda daha çox yayılmışdır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1900 m-ə qədər yüksəkliklərdə bitir. Adətən enliyarpaqlı meşələrdə tək—tək və quruplarla dağınıq halda yayılaraq, ikinci və ya üçüncü mərtəbə əmlə gətirir. Fıstıq meşələrinin bəzi tiplərində (Fagetum taxosum) kol şəklini alır və meşəaltı bitki rolunu oynayır. Çox az hallarda edifikator olur (qaraçöhrə - fıstıq meşəliyi). Göbələk xəstəliklərinə qarşı davamlıdır., köklərində endotrof mikoriza əmələ gəlir [1, 2, 4].

Yayılması: Böyük Qafqazın cənub yamacında (Balakəndən Şamaxıya qədər), Kiçik Qafqazda (Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Dağlıq Qarabağ) və Lənkəranın dağlıq hissəsində [1, 3, 4, 5].

Saı və tendensiyası: Geniş yayılma ərazilərinin mövcudluğuna baxmayaraq, antropogen amillərin təsirlərinə məruz qalır. Ən geniş qaraçöhrəlik Zaqatala Dövlət Təbiət Qoruğunun (7 hektar) ərazisindədir [5].

Məhdudlaşdırıcı amillər: Meşə yanğınalrı, kəsilməsi, mal-qara tərəfindən otarılması.

Mühafizə tədbirləri: Zaqatala və İsmayıllı Dövlət Təbiət Qoruqlarında mühafizə olunur. Mövcud ağacların mühafizəsi gücləndirilməlidir. Yaşayış məntəqələrinə yaxın sahələr qiymətli təbiət abidəsi elan edilməlidir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Prilipko L.İ. 1961; 3. Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989; 4. Safarov H.M. 2010; 5. Tərtibçilərin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S.

Şəkil: Fərzəliyev V.S., Yusifov E.F.

English name: European yew, Engilish yew

Habitat: Mountain forests.

Distribution: Southern slope of the (AZ) Greater Caucasus (from Balakan to Shamakhi); Northern (AZ) Lesser Caucasus and Central (AZ) Lesser Caucasus (Tovuz, Gedebey, Dashkesan, Kelbejer, Garabagh); mountain part of Lankaran.