Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Gürcü süsəni / not found / Iris iberica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris iberica Hoffm.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6 -7 sm uzunluğunda, ağımtıl – sarı və tünd –qara ləkə və orta hissədə dırnaqcıqda tünd –qara tükcüklər var. Çiçəkyanlığının daxili hissəsi yuxarıya doğru durandır, ağımtıl, ağ və ya mavidir. Sütuncuğun tərəfi bükülmüş, əsas tünd-boz, nisbətən parlaq, tozcuq ağdır. Qutucuq uzadılmış ellipsvari, 3 tilli, sivridir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə dövrü aprle ayına, meyvə əmələgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında daşlı, gilli və çınqıllı yamaclarda yayılmışdır. Mezokserofitdir. [1, 5, 6].

Yayılması: Bozqır yaylasında və Kür düzənliyində [1, 2, 3, 4, 7].

Sayı və tendensiyası: Populyasiyalarının sayı azalır. Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur [7].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün yığılması, otarılma)

Mühafizə tədbirləri: Mühafizə tədbirləri yoxdur. Yasaqlıqların yaradılması vacibdir. [2, 7].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Конспект флоры Кавказа, 2006 5. Ибадлы О.В. 2005; 6. Salayeva Z.K., 2006; 7. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Murtuzaliyev R.A.

English name: not found

Habitat: Stony, gravelly and clayey slopes of lower elevations.

Distribution: Bozgir plateau; Kur plain.