Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Gözəl zəfəran / Autumn flowering crocus / Crocus speciosus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Crocus speciosus Bieb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1-2 smdiametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10-40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3-6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır. Tozcuqlar narıncı, iti, dişicik ağzı narıncı, xətlərə ayrılmışdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü oktyabr-noyabr aylarına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Kriptofit (geofit), arandan subalp qurşağına kimi, kolluqlararası, meşəkənarı, otlu yamaclar və şumlanmış tarlalarda Silybum marianum, Stellaria media, Geranium albanum növlərindən təşkil olunmuş senozun komponenti kimi iştrak edir. [1, 2]. Dekorativ, ədviyyatlı və dərman bitkisidir [1, 3, 4]

Yayılması: Böyük Qafqazın btütn rayonları (Quba rayonu, Gədik kəndi ətrafı), Qobustan, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəranın və Naxçıvanın dağlıq hissəsi (Şahbuz və Culfa rayonu) [1, 2, 3, 5, 6, 7].

Sayı və tendensiyası: Fraqmentləşmiş sahənin və yaşayış mühitinin, keyfiyyətinin azalması populyasiyanın davam edən azalma tendensiyasını göstərir [7].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (intensiv otarılma, otların biçilməsi, əkin sahələrinin şumlanması, dekorativ ədviyyat bitkisi kimi yığılması).

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi planlı otarılma tədbirlərinin görülməsi təklif olunur [2].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Əsgərov A.M., 2005; 3. Ибадлы О.В. 2005; 4. Мехтиева Н. П., 2010; 5. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 6. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012; 8.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Zeynalova S.Ə., Mustafayeva S.C.

Şəkil: Mütalimov Ə.F., Şükürov E.S.

English name: Autumn flowering crocus

Habitat: Shrublands, forests and grassy slopes up to subalpine zone.

Distribution: All regions of the (AZ) Greater Caucasus (e.g. Guba region, around Gedik village); Gobustan; Central (AZ) Lesser Caucasus; mountain part of Lankaran and Nakhchivan.