Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Gözəl vaxtsızotu  / Giant meadow saffron / Colchicum speciosum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Melanthiales

Fəsiə/ Family: Melantiasiyakimilər – Melanthiaceae Batsch

Elmi adı / Scientific name: Colchicum speciosum Stev.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kök yumurusu uzunsov dairəvi, iri, 5 sm-ə qədər uzunluğunda və 3—4 sm enində, tünd qəhvəyi qınla örtülüdür, uzun, enli borucuğa keçir. Yarpaqları 4 sayda, 25 sm uzunluğunda, 4 sm-ə qədər enində, aşağıdakılar daha iridir. Miməkləri iri 1—4 ədəddir. Çiçəkyanlığı 5—6,5 sm uzunluğunda, 16—22 mm enindədir. Erkəkck 2 dəfə çiçəkyanlığından qısadır. Tozcuq xətvari, 8—12 mm uzunluğundadır. Sütuncuq yoğun, təpə hissəsi düz, birtərəfli, ağızcıq erkəkcikdən bir qədər uzundur. Qutucuq ellipsvari, 3 sm uzunluğundadır [1].

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri: Alp və subalp qurşaqlarında, çəmənlərdə rast gəlinir. Çiçəkləmə avqust, meyvələmə sentyabr aylarındadır. Çoxalması toxumla və kökümsovladır. Mezokserofitdir. Dekorativ bitkidir [1].

Yayılması: Böyük Qafqazın Quba, şərq və qərb (Zaqatala, Qax və Şəki rayonları) hissələri, Lənkəranın dağlıq hissəsindədir [2,3,4].

Sayı və tendensiyası: Populyasiyası azalır. Antropogen və zoogen təsirlərə həssaslıq müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Dekorativ bitki kimi əhali tərəfindən soğanaqlarının, çiçəklərinin yığılması müşahidə olunur.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen amillərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır [4].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. İbadlı O.V. 2002; 3. Конспект флоры Кавказа, 2006; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Abdullayeva N.M.

English name: Giant meadow saffron

Habitat: Alpine and subalpine meadows.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ)Greater Caucasus; Western (AZ) Greater Caucasus; mountain part of Lankaran.