Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Gözəl bulaqotu / not found / Veronica amoena 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Keçiqulağıkimilər – Scrophulariaceae Juss.

Elmi adı / Scientific name: Veronica amoena Bieb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır. Qutucuğu 3mm, tüklü, iki pərli, dairəvi, dar, dərin girintilidir. Yuvası 16 toxumludur. Sütuncuğu 3 mm uzunluqdadır. Toxumları 1,5-2 mm uzunluqda, yumurtavari, hamar, qayıqşəkilli, sarıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel-may, meyvə əmələgətirməsi may –iyun aylarında baş verir. Mezokserofitdir. Arandan aşağı dağ qurşağına kimi quru-gilli və daşlı yamaclarda, yovşanlıqlarda, əkinlərin kənarlarında rast gəlinir [1].

Yayılması: Abşeron, Qobustan, Kür-Araz və Lənkəran ovalıqları [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın sayı azalır, yşama ərazisi məhdudlaşır, gələcəkdə itmə təhlükəsi yarana bilər [3].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekortaiv kimi toplanması, infrastrukturun inkişafı, dəyişkən qilim amillərinə həssaslıq və ərazilərdə texnogen təsirin artması.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, tozumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Əsgərov A.M., 2006; 3. Tərtibçinin məlumatı.

Tərtibçi: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Dry-clayey and stoy slopes, field edges, between Artemisia from lowlands to lower mountain zone.

Distribution: Absheron, Gobustan, Kur-Araz lowlands; Lankaran lowlands.