Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Gövdəsiz yastıbaş / not found / Jurinella subacaulis 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər - Asteraceae Dumort.

Elmi adı / Scientific name: Jurinella subacaulis (Fisch. et C.A. Mey.) Iljin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik gövdəsiz bitkidir. Yarpaqları kökətrafı rozetdədir, çox saylı, saplaqlı, üstdən çılpaq, altdan ağımtıl torvari-yunlu, lələkvari bölünmüşdür. Yarpaqların saplaqları qaidədə qına genişlənmişdir. Səbətləri 1-3 sayda, yarımşar formada, 2-3 sm enində oturaqdır. Sarğının xarici yarpaqcıqları lansetvari, sivriləşmiş, daxildəkilər –uzun düz, çılpaq, al-qırmızı rənglidir. Çiçəkləri al-qırmızıdır. Toxumcuqları 4-5 sm uzunluğunda qaramtıl, qırışlı, uçağan ağ, qısa lələkli qıllıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə may-iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Alp qurşağının töküntülərində rast gəlinir [1].

Yayılması: Kiçik Qafqazın cənubu, şimali və mərkəzi, Naxçıvanın dağlıq hissəsi [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpasında azalma tendensiyasının səbəbi, mənfi iqlim amillərinin təsirlərin dəyişilməsinə həssaslıqla izah olunur [3].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, tapdalanma) və iqlim amillərinə həssaslıq, çox ekstremal iqlimə malik əarazilərdə yayılması.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin apaqılması tələb olunur [3].

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2. Əsgərov A.M., 2008; 3.Tərtibçinin məlumatı.

Tərtibçi: Kərimov V.N.

Şəkil: Yusifov E.F.

English name: not found

Habitat: Alpine zone.

Distribution: Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.