Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Gövdəsiz çaşır / not found / Prangos acaulis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Prangos acaulis (DC.) Bornm.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır [2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir. Kserofitdir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə rast gəlinir.

Yayılması: Naxçıvan düzənliyi və Naxçıvanın dağlıq hissəsi (Darıdağ, Ardıc dağ, Qaraquş dağ, Kotamdağ ətəkləri) [1].

Sayı və tendensiyası: Antropogen amillərin məhdudlaşdırıcı təsiri azalma tendensiyası yarada bilər [5].

Məhdudlaşdırıcı amillər: Yaz aylarında qida və dərman bitkisi kimi kütləvi şəkildə toplanılması təbii bərpasını ləngidir.

Mühafizə tədbirləri: Təhlükə altında olduğundan qorunması vacibdir. Akademik H.Əliyüv adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlıqlarının ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır [3, 4].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. İbadullayeva S.C., 2004; 3. İbadullayeva S.C., və b., 2001; 4. Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010; 5. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: Qasımov H.Z.

English name: not found

Habitat: Clayey, gypsiferous sites, dry valleys from lowlands to lower mountain zone.

Distribution: Nakhchivan plain and mountain part of Nakhchivan (Daridagh, Ardijdagh, Garagush mountain, Kotamdagh foothills).