Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Florenski tülpanı / not found / Tulipa florenskyi 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Liliales

Fəsiə/ Family: Zambaqkimilər – Lilicaeae Juss.

Elmi adı / Scientific name: Tulipa florenskyi Woronow

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanağı 2 sm diametrdə, yumurtavari uzunsovdur, tünd – qonur qınla örtülüdür. Gövdə 10—25 sm hündürlükdədir. Yarpaqlar 3—4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli – neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığı yarpaqcıqları 2,5—4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd—göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa – sivri, daxildən uzunsov, tərs—yumurtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır. Qututcuq 3—4 sm uzunluğundadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Aşağı və orta dağ qurşaqlarında – daşlı-çınqıllı, qayalı yamaclarda yayılmışdır. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Çoxalması toxumladır. Kseromezofitdir.Dərman və dekorativ bitkidir [2, 6].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Qaraquş dağ, Kükü dağ, Gəmiqaya ərazisi, Ordubad –Təhlə dərə) [1, 3, 4, 5].

Sayı və tendensiyası: Populyasiyasına az rast gəlinir. Antropogen amillərin təsiri azalma tendensiyasını artırır [7, 8].

Məhdudlaşdırıcı amillər: Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması və zoogen amilləri [7].

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Azrbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. İbadlı O.V. 2002; 4. Ибадлы О.В. 2005; 5. Конспект флоры Кавказа, 2006; 6. Mehdiyeva N.P., 2006; 7. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 8.Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxanı P.X., İbadullayeva S.C.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Stony, gravelly and rocky slopes of lower to middle mountain zone.

Distribution: Mountain part of Nakhchivan (Garagush mountain, Kuku mountain, Gemigaya areas, Ordubad –Tehle valley).