Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Fişer şternbergiyası / not found / Sternbergia fischeriana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Amaryllidales

Fəsiə/ Family: Nərgizçiçəkkimilər –Amaryllidaceae J. St. –Hil.

Elmi adı / Scientific name: Sternbergia fischeriana (Herb.) M. Roem.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i, ii, iii, v). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanağı iri, 4 sm-ə qədər uzunluqda, 3 sm enində, dairəvi, tünd-qonur qınla örtülmüşdür. Btiki 20-35 sm hündürlükdə, enli-xətvari, hamar, yaşıldır. Çiçəklər baharda yarpaqlarla birlikdə görünür. Parlaq –sarı, uzunsov-ellipsivari kənarlıdır. Erkəkcik çiçəkyanlığından 2 dəfə qısadır. Yumurtalıq ayaqcıqlı, uzunsovlu – ellipsivari, hər iki sonluğu dartılmışdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgəlmə dövrü fevral-aprel aylarına təsadüf edir.Soğanaqla çoxalır. İşıqsevəndr. Mezokserofitdir. Aşağı və orta dağ qurşağında, quru yamaclarda rast gəlinir. Dekorativ bitkidir [1, 2].

Yayılması: Qobustan, Bozqır yaylası (Göytəpə, Bucaq, Kalqaylı kəndləri), Kiçik Qafqazın mərkəzi, Lənkəranın dağlıq hissəsi [1, 3, 4, 5, 6].

Sayı və tendensiyası: Populyasiyası nadirdir, fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azlaması müşahidə olunur [6].

Məhdudlaşdırıcı amillər: Dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal – qara tərəfindən tapdalanması.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülmür.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Капинос Т.Е., 1960; 3.Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Ибадлы О.В. 2005; 5. Конспект флоры Кавказа, 2006 ; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Kərimov V.N., Mehdiyeva N.P.

English name: not found

Habitat: Dry slopes of lower and middle mountain zone.

Distribution: Gobustan; Bozgir plateau (Goytepe, Bujag, Kalgayli villages); Central (AZ) Lesser Caucasus; mountain part of Lankaran.