Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Fırfır səhləb / Lady orchid / Orchis purpurea 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Orchis fragrans Pollini

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov - yumurtavaridir. Gövdəsi 30—80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov – yumurtavaridir. Çiçəkyanlığının xarici yarpaqları ellipsşəkilli, yumurtavari, iti, üç damarcıqlı, tünd-bənövşəyi rəngdə, daxili yarpaqları isə xətvari, 9 mm-dək uzunluqda, dodaqcığı 15 mm-dək uzunluqda, ağ və ya ağ-çəhrayı rəngli, tünd nöqtə şəklində ləkəlidir. Mahmızı küt, bükülmüş, bir neçə dəfə yumurtalıqdan qısadır [2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun aylarına təsadüf edir. Orta dağ qurşağına kimi kolluqlarda, meşələrdə, meşə talalarında rast gəlinir, toxumla çoxalır, işıqsevən [2], quraqlığa az davamlıdır. Dekorativ bitkidir [1,5].

Yayılması: Böyük Qafqazın Quba hissəsi (Quba rayonu- Quba şəhəri ətrafında, Qonaqkənd qəsəbəsində, Qusar rayonu – Qusar şəhəri ətrafında), Böyük Qafqazın şərqi (İsmayıllı rayonu – İvanovka kəndi, Şamaxı rayonu – Qızmeydan, Xilmilli kəndləri ətrafında), Bozqır yaylası (Şəki şəhəri ətrafında), Kiçik Qafqazın şimalı (Daşkəsən rayonu – Bayan kəndi ətrafında) və mərkəzi, Abşeronda (Puta qəsəbəsi ətrafında), Kür – Araz düzənliyində rast gəlinir [1, 3, 4, 6].

Sayı və tendensiyası: Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən geniş istifadə edilməsi populyasiyanın azalma tendensiyasını yaradır [6].

Mühafizə tədbirləri: AMEA-nın Botanika bağında becərilib [3]. Hal-hazırda xüsusi qorunma tədbirləri həyata keçirilmir. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора Азербайджана, 1952; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Əsgərov A.M., 2005; 5. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012; 6. Tərtibçinin məlumatı.

Tərtibçi: Abdıyeva R.T.

Şəkil: Kərimov V.N.

English name: Lady orchid

Habitat: Shrublands and forests up to middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus (Guba region – around Guba city, Gonagkend settlement, Gusar region and surroundings of Gusar city); Eastern (AZ) Greater Caucasus (Ismayilli region – Ivanovka village, Shamakhi region – Gizmeydan, around Khilmili villages); Bozgir plateau (surroundings of Sheki city); Absheron (around Puta settlement); Northern (AZ) Lesser Caucasus (Dashkesan region, around Bayan village).