Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Eyxler tülpanı / not found / Tulipa eichleri 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Liliales

Fəsiə/ Family: Zambaqkimilər – Lilicaeae Juss.

Elmi adı / Scientific name: Tulipa eichleri Regel

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanağı 2-3 sm diametrdə, dərivari, qara, qonur qınla örtülmüşdür. Gövdə 30—40 sm-ə qədər hündürlükdədir. Yarpaqlar çox və ya az dərəcədə əyilmiş, göyümtül, tədricən yuxarıdan quruyan, uzunsov –neştərşəkilli, aşağısı adi, xətvari, enli—neştərvari, yuxarısı dar—neştərvaridir. Çiçəkləri təkdir, çiçəkyanlıqlarının yarpaqcıqları parlaq—qırmızı, 2,5 – 5 sm uzunluğundadır. Erkəkciyi nəzərəçarpacaq dərəcədə çiçəkyanlığından qısadır, tozcuğu sarı və ya bənövşəyi, sapa bərabər və ya uzundur. Qutucuq 1,5—3 sm uzunluğundadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Ovalıqdan aşağı dağ qurşağına qədər, daşlı—çınqıllı, quru—oltu yamaclarda və əkinlərdə bitir. Çiçəklənməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir [4]. Dərman və dekorativ bitkisidir [2, 5].

Yayılması: Samur – Dəvəçi ovalığı, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Böyük Qafqazın şərq hissəsi (Şamaxı rayonu), Naxçıvan dağlıq (Ordubad rayonu, Nüsnüs kəndi) [1, 3, 4].

Sayı və tendensiyası: Populyasiyasına az rast gəlinir [3]. Antropogen amillərin kəskin təsiri azalma təhlükəsini yaradır [6].

Məhdudlaşdırıcı amilləri: Antropogen amillər (çiçəklərin və soğanaqların əhali tərəfindən intensiv toplanılması, intensiv otarılma, mal—qara tərəfindən tapdalanma) [6].

Mühafizə tədbirləri: Yayıldığı ərazilərdə mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Azrbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Əsgərov A.M., 2005; 4. Ибадлы О.В. 2005; 5. Мехтиев Н.П., 2007; 6. Tərtibçilərin məlumatları.

Tərtibçi: Kərimov V.N., Qaraxanı P.X.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Dry slopes and fields from lowlands mountain zone.

Distribution: Samur—Devechi lowlands; Gobustan; Kur—Araz lowlands; Bozgir plateau; Eastern (AZ) Greater Caucasus (Shamakhi region).