Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Eldar armudu / Eldar pear / Pyrus eldarica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Pyrus eldarica Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A2abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

Regional IUCN Statusu: CR A2abc; C1 [5].

Qısa morfoloji təsviri: 1m-ə qədər boyunda qollu-budaqlı, sıx çətirli koldur. Yarpaqları tərs –neştərvari, uzunsov, 2-3,5 sm uzunluğunda və 0,8-1,3 sm enində, ütsdən nazik xırda tükcüklü və ya çılpaqdır, alt hissədən seyrək torvari keçətükcüklü, solğun –yaşıl rənglidir. Yuxarı hissədə azacıq xırda iti dişcikli, aşağı hissəə isə tamkənarlıdır; saplağı nazik olub, təxminən yarpaq ayasının uzunluğuna bərabərdir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Arid seyrək meşəliklərdə, dəniz səviyyəsindən 300-600 m yüksəkliklərdə, quru, qayalı yamaclarda eldar şamı və ardıclarla birlikdə bitir [1, 3]. Quru dağ yamaclarının yaşıllaşdırılması üçün əlverişli bitkidir [2].

Yayılması: Bozqır yaylası (Samux rayonu- Ellər oyuğu dağı, Qabırrı çayının sağ sahilində) [1].

Sayı və tendensiyası: İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır. Bitmə şəraitinin ağır olması təbii bərpanı çətinləşdirir [4, 6].

Məhdudlaşdırıcı amillər: Meyvəsi vəhşi heyvan və quşlar tərəfindən yeyilir [3, 4].

Mühafizə tədbirləri: Eldar şamı Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Təbii bərpaya yardımı, mövcud ağacların mühafizəsinə diqqəti artırmaq lazımdır [3, 4].

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2. Səfərov İ.S., Əsədov K.S. 1984; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Мусаев С.Г., и др., 2009; 5. Schtaz G., Shulkina T., Solomon J., 2013; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Abdıyeva R.T., Əlizadə V.M.

Şəkil: Bağırova S.X.

English name: Eldar pear

Habitat: Dry, rocky slopes and forests of lower mountain zone.

Distribution: Bozgir plateau (Samukh region – Elleroyughu mountain, right riverside of Gabirri).