Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Dmitri süsəni / not found / Iris demetrii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris demetrii Achverd. et Mirzoeva

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c + 3cd. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Regional IUCN Status: VU B2ab(iii, v) [7].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, gövdə 35—55 sm hündürlükdədir. Yarpaqları yaşıl, xətvari, 10—15 mm enində, uc hissəsi sivri, neştərşəkillidir. Çiçəkləri göyümtül, bənövşəyi, çıxıntılıdır. Çiçəkyanlığının daxili hissəsi xaricdən qısadır. Dişicik xarici hissənin dırnaqcığına bərabər, uzunsov bölünmüşdür. Tozcuq açıq-bənövşəyi, yumurtalıq silindrşəkilli və 6 qabırğalıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi və meyvələməsi iyul ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Quru, daşlı-çınqıllı yamaclarda və yovşanlı yarımsəhralarda yayılmışdır. Kseromezofitdir [1, 3, 5].

Yayılması: Naxçıvanın dağlıq hissəsi və düzənliyi (Şahbuz rayonu, Biçənək kəndi, Culfa rayonu, Ərəfsə kəndi) [1, 2, 3, 4, 6, 8].

Sayı və tendensiyası: Azdır [3, 8].Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyalarının azalma tendensiyasını sübut edir [6, 8].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün yığılması, otarılma) [3].

Mühafizə tədbirləri: Yeni yayılma sahələrinin axtarılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981; 3. Конспект флоры Кавказа, 2006; 4. Ибадлы О.В. 2005; 5. Salayeva Z.K., 2006; 6. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 7. Schtaz G., Shulkina T., Solomon J., 2013; 8. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010

English name: not found

Habitat: Dry, stony and gravelly slopes; semi – deserts.

Distribution: Nakhchivan plain; mountain part of Nakhchivan (Shahbuz region, Bichanak village, Julfa region, Erefse village).