Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Darləçək qlobularia / Hair-flowered globe daisy / Globularia trichosantha 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Qlobulariyakimilər – Globulariaceae DC.

Elmi adı / Scientific name: Globularia trichosantha Fisch. et C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs –yumurtavari və ya uzunsov tərs –yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15-20 mm diametrdə, kürəvaridir. Kasacıq 6-7 mm, meyvə verən zamanı 7,5-88 mm-ə qədər uzanır. Tac 10-11 mm uzunluqda, mavi rəngli, nazik borucuqlu və ikidodaqlı, əyri, çıxıntılı, üst dodağın hissəcikləri sapvari, 4-4,5 mm uzunluğunda, alt dodağın hissəcikləri dar, xətvari, 3 damarlıdır. Erkəkciklər sapvari, tacın borusundan çıxırlar. Meyvə bərabər kisəcik, üst tərəfdə tac ilə, kasacığın içərisində uzunsovdur [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə may-iyun, meyvə əmələgəlmə iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı və yuxarı dağ qurşağında otlu yerlərdə rast gəlinir [2, 3].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu-Axura, Havuş kəndlərinin ətrafı, Qaraquş dağı ərazisi; Culfa rayonu – Ərəfsə kəndi ətrafı, Aracıq dağı ərazisi) [3, 4].

Sayı və tendensiyası: Populyasiyanın sayı azdır, mənfi amillər azalmasını sürətləndirir [3, 4].

Məhdudlaşdırıcı amillər: Antropogen təsirlər (otarılma, tapdalanma) və iqlim [3, 4].

Mühafizə tədbirləri: Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır [3].

Ədəbiyyat / Reference: 1. Гроссгейм А.А., 1949; 2. Флора Азербайджан, 1957; 3. Naxçıvan MR-in Qırmızı kitabı; 2010; 4. Tərtibçinin məlumatı.

Tərtibçi: Əhmədzadə F.Ə., İbadullayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı kitabı; 2010.

English name: Hair-flowered globe daisy

Habitat: Calcareous and grassy sites of lower and higher mountain zone.

Distribution: Mountain part of Nakhchivan (Sharur region –around Akhura, Havush villages, Garagush mountain area; Julfa region –around Erefse village, Arajig mountain area).