Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Dağ mahmızlaləsi / not found / Corydalis alpestris 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Papaverales

Fəsiə/ Family: Şahtərəkimilər – Fumariaceae DC.

Elmi adı / Scientific name: Corydalis alpestris C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə sadə və ya budaqlıdır, 5-15 sm hündürlükdə, aşağı hissədə pulcuqlu, 2-3 yarpaqlıdır. Bu yarpaqlar uzun saplaqlı, üçbölümlü, yuxarı yarpaqlar oturaq, kiçilmişdir. Çiçəklər 2-5 ədəd olmaqla kiçik başcığa toplanmışdır. Çiçək tacı göyümtül, bəzən çəhrayi-bənövşəyi, çox nadir halarda ağımtıl, 15-20 mm uzunluqda, düz, küt, 1,5 dəfə yarpaq ayasından uzundur. Qutucuq 10-15 (5) mm uzunluğunda, uzunsov və ya xətvari-ellipsşəkillidir[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi iyun, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dasğlıq hissəsi [ 1, 2, 3, 4].

Sayı və tendensiyası: Populyasiyanın vəziyyətinin və təbii bərpasının, ətraf mühit amillərinin dəyişilməsindən və antropogen təsirlərdən asılıllığı müşahidə olunur [ 4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (əsasən otlaqların sistemsiz otarılması) və iqlim dəyişilmələri.

Mühafizə tədbirləri: Yayıldığı ərazilərdə yasaqlıqların təşkil edilməsi və növün monitorinqinin aparılması, toxumlarının yığılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Əsgərov A.M., 2005; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4.Tərtibçinin məlumatı.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Higher mountain zone and alpine zone.

Distribution: Guba part of the Greater Caucasus, Western (AZ) Greater Caucasus, Northern (AZ) Lesser Caucasus, Central (AZ) Lesser Caucasus, mountain part of Nakhchivan.