Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Dağ badamı / not found / Amygdalus fenzliana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Amygdalus fenzliana (Fritsch) Lipsky

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 4 m-ə qədər hündürlüyündə, balaca ağac və ya koldur, budaqların sonu tikanlıdır. Yarpaqlar qısa saplaqlı, elllipsvari neştərşəkilli, mişarşəkilli dairəvi və pazşəkillidir. Əsası çılpaq, dairəvi, yuxarıdan yaşıl, aşağıdan ağımtıl, ortadan görüən damarlı, 6-8 sm uzunluğundadır. Kasa yarpağının borucuğu zəngvari, qırmızımtıldır. Ləçəklər çəhrayı, enli oval və ya demək olar ki, dairəvi oyuqludur. Meyvə dairəvi, məxməri, tək oturaqdır. Toxumu oval , yana brkidilmiş, təpə issəsi iti və ya ket, 2 sm-ə qədər uzunluğunda, demək olar ki, hamardır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Quru qayalı yamaclarda və kollarda, Naxçıvanın orta dağ qurşaqlarında, cəngəlliklərdə yayılıb. Çiçəkləməsi aprel, meyvələməsi sentyabr aylarına təsadüf edir. Çoxalması toxumladır. Kriptofitdir. Dekoratvi bitkidir. Quraqlıq yerlərdə yaşıllaşdırılmada istifadə oluna bilər [1].

Yayılması: Kür düzənliyi, Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi, Diabar [1].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur [2].

Məhdudlaşdırıcı amillər: Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1954; 2.Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Qaraxani P.X.

English name: not found

Habitat: Dry rosky slopes, shrublands and forest glades of lowlands and mountainous areas.

Distribution: Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Kur plain; Diabar; Nakhchivan plain; mountain part of Nakhchivan.