Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Dağ ayıdöşəyi / Sweet mountain fern / Oreoperis limbosperma 


Şöbə / Division: Qıjıkimilər – Polypodiophyta

Sinif / Class: Qıjılar – Polypodiopsida

Sıra / Order: Aspidiales

Fəsiə/ Family: Telipteriskimilər – Thelypteridacaea Pichi Sermolli

Elmi adı / Scientific name: Oreoperis limbosperma (All). Holub (Dryopteris oreoptoris (Ehrh). Maxon

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Məlumat azlığı” kateqoriyasın aiddir – DD. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik bitkidir. Yarpaqları qısa salpaqlı, uzunsov – lansetvari, qaidədə daralan, kənarları bütöv və ya əyri – üyrüdür. Soruslar meyvə verən damarların təpə hissəsində yerləşir. Sporlar qonur rəmgdə, böyrəkşəkilli – oval, kənarları xırda daraqvaridir [1,3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Sporların yetişmə dövrü iyul – sentyabr alarına təsadüf edir. Mezofitdir. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi, kölgəli, yarpaqlı ağac meşələrində bitir [1,2].

Yayılması: Kiçik Qafqazın şimal rayonları (Murovdağ ərazisindəki meşələrində az rast gəlinir) [1,3,4].

Sayı və tendensiyası: Sayı çox azdır, məlum lan yeganə arealında da saylarının azalması müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillərin təsirinə məruz qalır.

Mühafizə tədbirləri: Populyasiyalarının nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Аскеров А.М. 2001; 3. Əsgərov A.M. 2005; 4. Tərtibçilərin məlumaları.

Tərtibçilər: Əskərov A.M., Kərimov V.N.

Şəkil: Qamova N.A.

English name: Sweet mountain fern, Mountain buckler fern or Lemon – scentered fern

Habitat: Mountain forests.

Distribution: Northern (AZ) Lesser Caucasus (surroundings of Murovdagh’s forests).