Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Dəyirmiyarpaq pirola / Round –leaved wintergreen / Pyrola rotundifolia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Ericales

Fəsiə/ Family: Pirolakimilər—Pyrolaceae Dumort.

Elmi adı / Scientific name: Pyrola rotundifolia L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B1ab(i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir. Kasacığın dilimləri yumurtavari-lansetşəkilli, iti, təpə hissəsi aşağı ayilmişdir. Çiçək tacı ağ, bəzən çəhrayımtıl və ya yaşılımtıl, çalarlıdır. 8-10 mm uzunluqda, 4-6 mm enində, küt, tamkənarlıdır, kasacıq dilimlərindən 2-3 dəfə uzundur. Sütuncuğu uzun, qövsvari, aşağı əyilmiş, yuxarı hissədən həlqələri qalınlaşmışdır, 7-10 mm uzunluğundadır. Qutucuq 4-5 mm uzunluğunda, 7-8 mm enindədir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyun-avqust, meyvə vermə avqust-sentyabr aylarında baş verir. Toxumla çoxalan, xüsusi şəraitə olduqca tələbkar bitkidir. Orta dağ qurşağından subalp qurşağa qədər meşə, kolluq, qayalıqlarda rast gəlinir[1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın sayə tədricən azalır, ətraf mühit amillərinin mənfi təsirinə həssaslıq müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (yayıldığı fitosenozlarda qaratikanların və meşələrin qırılması), xüsusi yaşayış mühitinə tələbkar olması.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Əsgərov A.M., 2005; 3.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Round –leaved wintergreen

Habitat: Forests, shrublands and rocks from middle mountain zone to subalpine zone.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus; Western (AZ) Greater Caucasus.