Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Dərman dəfnəgilənarı / Cherry laurel / Laurocerasus officinalis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Laurocerasus officinalis M. Roem.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Həmişəyaşıl kol və ya ağacdır. Hündürlüyü 5-6 (10) m-dir. Yarpaqları dərivari, uzunsov- ellipsşəkilli, 5-20 sm uzunluğunda, tamkənarlı və ya az hallarda seyrəkdişlidir, üst tərəfdən parıldayan tünd-yaşıl, alt tərəfdən bir qədər solğundur. Çiçəkləri ikicinsli, beşüzvlüdür, ağırdır, sıx çiçək salxımları qrupuna toplanmışdır, kasayarpaqcıqları sivridir, ləçəkləri tərs-yumurtavaridir, 3mm-ə qədər uzunluqdadır; erkəkcikləri 20 ədəddir, yumurtalıq oturaqdır, sadə sütuncuqludur. Meyvələri dəyirmi-yumurtavari, çəyirdəklidir, yetişəndə qaradır, çəyirdəyi hamar, yumurtavaridir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel-may aylarında çiçəkləyir. Sentyabr ayında meyvə verir. Tozlanması entomofildir. Toxumla və vegetativ üsulla çoxaldılır. Mezofitdir, xüsusən quraqlıq rayonlarda kölgəyə davamlı, işıqsevən, rütubətə və torpağa tələbkardır. Aşağı və orta dağ qurşaqlarında, sıldırım dağ yamaclarında, təpəciklərdə, bəzən isə dəniz səviyyəsindən 2200-2300 m yüksəkliyədək olan yerlərdə, əsasən palıd, vələs və digər tipli meşələrdə meşəaltı cins kimi bitir. Dekorativ bitkidir. Oduncağı bərk, rəngi açıq-sarı, mərkəz hissəsi tünd-çəhrayıdır, yaxşı cilalanır, gözəl rəngə və yüksək texniki xüsusiyyətə malikdir. Meyvəsi yeməlidir. Qabığı, tumurcuğu və toxumu zəhərlidir, tərkibində sianid turşusu vardır [4].

Yayılması: Lənkəran ovalığı (Astara şəhərinin ətrafında), Böyük Qafqazın qərb hissəsi (Balakən rayonu Mazım çayının sol sahili). Hirkan Milli Parkının Aşağı Hıron kəndi yaxınlığında, dəniz səviyyəsindən 296 m yüksəklikdə [3, 4, 5].

Sayı və tendensiyası: Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir [6].

Məhdudlaşdırıcı amillər: Populyasiyanın sayının azlığı və antropogen amillər.

Mühafizə tədbirləri: Zaqatala Dövlət Təbiət Qoruğunda və Hirkan Milli Parkında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1954; 2. Azərbaycanın ağac və kolları, 1964; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4.Səfərov H.M., Fərzəliyev V.S., 2008; 5.

Safarov H.M., 2010, 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Səfərov H.M.

Şəkil: Fərzəliyev V.S.

English name: Cherry laurel

Habitat: Mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Balakan region left riverside of Mazimchay); Lankaran lowlands (surroundings of Astara city). Near to Ashaghi Hiron village of Hirkan National Park, 296 m above sea level.