Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ciyərəoxşar lobariya / lung moss, Lungwort lichen,Oak lungs or Oak lungwort / Lobaria pulmonaria 


Şöbə / Division: Şibyələr – Lichenophyta

Sinif / Class: Lecanoromycetes

Sıra / Order: Peltigerales

Fəsilə / Family: Lobariasea – Lobariaceae Chev.

Elmi adı / Scientific name: Lobaria pulmonaria (L.) Hoffm.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri: Tallomu iri, yarpaq formalıdır, bəzən diametri 30 sm-ə çatır, dilimli-lövhəciklidir, substrata homfla yapışır. Tallomun üst səthi boz –ayşıl, yaşıl-zeytuni yaxud qəhvəyidir, az-çox xüsusən də uclarda parıltılıdır, nahamar torlu, batıq çökəkciklidir. Tallomun üst səthində qonur-ağ yaxud boz soralilər, çubuqşəkilli soredil zizdiyalar səpələnmişdir. Alt səthi açıq, sarımtıl –qəhvəyi, bəzən qaramtıl rəngli, sıx ridzinlərlə örtülüdür. Apotesilərə çox rast gəlinmir, lövhəciklərin qırağında yerləşirlər, diametri 2-5 mm, oturaqdır, kasaşəkillidirlər, diski qırmızı-qəhvəyi rənglidir, əvvəl batıq, sonra yastılaşır. Tallomun rəngi KOH-ın təsirində dəyişmir. Özəyi KOH əvvəl saralır, sonra isə qızarır. Meşədə ağaclarda və mamırlı daşların üzərində bitir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Yarpaq formalı talloma malikdir. Vegetativ çoxalması tallom hissələri, qyeri-cinsi çoxalması-piknokonidlər, cinsi çoxalması-sporlarladı r. Şibyə və mamırlarla sinuziya əmələ gətirir. Xalq təbabətində və tibdə ağ ciyər vərəmində, digər ağ ciyər xəstəliyində və yaraların müalicəsində istifadə olunur. Atropa belladonna, Cephaelis ipecacuanha, Lobelia inflate, Hyoscyamus niger və Bryonia cretica ilə birlikdə ciyərəoxşar lobaria Bronchalis –Heel preparatının tərkibinə daxil olaraq, nəfəs yollarının xroniki iltihabı və broxların və traxeyaların deqenerativ dəyişməsində istifadə olunur [4, 5, 6].

Yayılması: Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğu ətrafında) [3]. Quba rayonu (Qəçrəş kəndi), Qəbələ rayonu (Qəmərvan kəndi); Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran, Qirdan, Girdani, Təngivan, Biləsər kəndləri, Hirkan qoruğu); Astara (Lovain, Osnakəran kəndi ətrafında, istisunun ətrafı, 60 m); Lerik (Nücü kəndi ətrafı, meşədə, 500 m); Yardımlı (Alar kəndi, dağ meşədə, 1600 m) [2].

Sayı və tendensiyası: Populyasiya azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini gələcəkdə yarada bilər.

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən ağacların qırılması və atmosferin çirklənməsi

Mühafizə tədbirləri: Mühafizəsi üçün yayılma yerlərində populyasiyaları üzərində daimi nəzarət təşkil etmək, antropogen təsiri azaltmaq məqsədi ilə ağacların qırılmasının qarşısını almaq [6].

Ədəbiyyat / Reference: 1. Определитель лишайников России, 1971; 2. Бархалов Ш.О. 1969; 3. Новрузов В.С., 1990; 4.http://aromatherapy.org.ua/content/view/213/105; 5. http:/herba.msu.ru/belomor/2003/flora/lich/opr/pdf; 6. http://www/heel/com/ua/index/php/view; 7. Tərtibçinin məlumatı.

Tərtibçi: Alverdiyeva S.M.

Şəkil: Alverdiyeva S.M.

English name: lung moss, Lungwort lichen,Oak lungs or Oak lungwort

Habitat: Lowland and mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala region –Zagatala State Nature reserve); Gubaregion (Gachresh village), Gabalar region (gemervan village); Lankaran lowlands and mountain part of Lankaran (lankaran – Girdani, T’ngivan, Bileser villages, Hirkan National Park; Astara –Lovain, around Osnakeran village, around istisu, 60 m.; Lerik –around Nuju village, 500 m asl; Yardimli –Alar village, 1600m.).