Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Burunlu kəpənəkçiçək  / not found / Aconitum nasutum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Ranunculales

Fəsiə/ Family: Qaymaqçiçəkkimilər – Ranunculaceae Juss.

Elmi adı / Scientific name: Aconitum nasutum Fisch. ex Reichenb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “TNəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir. Mahmızın ləçəkləri (nektarlıqlar) yarımspiral qatlanmış quruluşdadır. Çalovlar (meyvələr) 3 sayda, çılpaqdır[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyul—avqust aylarına təsadüf edir. Toxumla çoxalır. Mezofitdir. Subalp dağ qurşağının rütubətli çəmənlərində, meşə kənarlarında, kolluqlarda, Carum caucasica, Senecio platyphyllus və Doronicum macrophyllum bitkilərindən təşkil olunmuş assosiasiyalarda komponent kimi iştirak edir. Zəhərlidir. Dekorativ və dərman bitkisdir [ 2, 3, 4].

Yayılması: Böyük Qafqazın Quba sahəsi (Quba rayonu, Qırızdəhnə kəndi ətrafındakı dağ –dərəsi; Qusar rayonu, Sudur və Ləzə kəndlərinin ətrafı) və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri , Naxçıvanın dağlıq hissəsi [ 1, 5].

Sayı və tendensiyası: Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasına səbəb olur [ 5].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otların biçilməsi və mal – qara tərəfindən tapdalanması, dərman bitkisi kimi istifadə olunması).

Mühafizə tədbirləri: Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetiktədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Исмаилов Н.М., 1985; 3. Растительные ресурсы СССР, 1985; 4. Мехтиева Н.П., 2006; 5.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Mustafayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010.

English name: not found

Habitat: Humid subalpine meadows, shrublands and forests.

Distribution: Guba part of the Greater Caucasus (Guba region—mountain and valleys after Nazli spring and Gusar region, around Sudur village); Western (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.