Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Buassye armudu / Boissier pear / Pyrus boissieriana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Pyrus boissieriana Buhse.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A2abc; C1. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması-entomofildir. Toxum vasitəsilə çoxalır. Lənkəran dağlarında (arabir), aşağı meşə qurşağında və başlıca olaraq talalarda rast gəlinir [1, 2, 3].

Yayılması: Lənkəran ovalığı (Astara rayonu-Ələzəpin, Maşxan kəndləri; Lənkəran rayonu- Yuxarı Apu və Xanbulaq kəndləri) və Lənkəran dağlıq hissəsi [2, 4].

Sayı və tendensiyası: İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır [4, 5, 6].

Məhdudlaşdırıcı amillər: Gəmiricilər və quşlar tərəfindən meyvələri yetişmədən əvvəl yeyilir. Mal-qara tərəfindən otarılması təbii bərpanı çətinləşdirir.

Mühafizə tədbirləri: Hirkan Milli Parkında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2. Səfərov İ.S., Əsədov K.S. 1984; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4.Səfərov H.M., 2010; 5. Мусаев С.Г., и др., 2009; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Abdıyeva R.T., Əlizadə V.M.

Şəkil: Səfərov H.M.

English name: Boissier pear

Habitat: Mountain forests.

Distribution: Lankaran lowlands (Astara region – Alazapin, Mashkhan villages, Lankaran region – Yukhari Apu and Khanbulan villages); mountain part of Lankaran.