Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Boz şoran / not found / Salsola cana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Tərəçiçəkkimilər – Chenopodiaceae Vent.

Elmi adı / Scientific name: Salsola cana C. Koch

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir [2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Quru, şoranlaşmış, gilli və ya gilli-daşlı yamaclarda rast gəlinir. Şoran ərazilərdə taxıllı-şoangəlik qruplaşmaları əmələ gətirir [3, 4].

Yayılması: Naxçıvan düzənliyi (Culfa rayonu – Yaycı kəndi ətrafı, Gülüstan düzənliyi) [1, 4, 5].

Sayı və tendensiyası: Populyagiyanın təbii bərpası azalır, yeganə lokalitetində antropogen təsirləri həssaslıq müşahidə olunur [8].

Məhdudlaşdırıcı amillər: Ekoloji şəraitin dəyişməsi, antropogen amillər (otarılma, tapdalanma) [6].

Mühafizə tədbirləri: Mühafizə üçün xüsusi tədbirlər aparılmır.Biotoplarda antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma sahələrinin axtarılması təklif olunur[7].

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1945; 2. Флора Азербайджана, 1952; 3. Ахундов Г.Ф., Гогина Е.Е., Прилипко Л.И., 1978; 4. Talıbov T.H., 2003; 5. Мовсумова Ф.Г., 2005; 6. Мовсумова Ф.Г., 2006; 7. Мовсумова Ф.Г., 2010; 8.Tərtibçinin məlumatı.

Tərtibçilər: Mövsümova F.Q.

Şəkil: AMEA-nın Botanika İnstitunun Herbari Fondu.

English name: not found

Habitat: Dry, saline and clayey deserte.

Distribution: Nakhchivan plain (Julfa region – surrondings of Yayji village, Gulustan plain).