Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Berthold feostroması / not found / Phaeostroma bertholdii 


Şöbə / Division: Qonur yosunlar – Phaeophyta

Sinif / Class: Phaeosporophyceae

Sıra / Order: Ectocarpales

Fəsilə / Family: Ectocarpaceae (Ag.) Kütz.

Elmi adı / Scientific name: Phaeostroma bertholdii Kuck.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri: Tallom sapvari, digər yosunların üzərində sərilmiş halda rast gəlinir. Saplar çox vaxt boşaraq, qeyri-müəyyən formalı yığınlar əmələ gətirir ki, bunlardan da demək olar ki, düz bucaq altında uzun yan şaxələr inkişaf edir. Yığın əmələ gətirən saplardakı hüceyrələrin qalınlığı 6-8 sm, uzunluqları eninə nisbətən 1-2 dəfə çoxdur; uzun şaxələrin hüceyrələrinin qalınlığı 3-6 sm, uzunluqları eninə nisbətən 2-6 dəfə çoxdur. Hüceyrələrdə 3-5 , böyük olmayan, lövhəvari xromatoforlar vardır. Əsl tükcüklərin qalınlığı 4,8-6 sm olub, əsasa doğru nazikləşir, böyümə zonası 2-3, qısa hüceyrələrdən ibarətdir, bazal hüceyrə qısadır. Birhüceyrəli sporangilər aşkar edilməmişdir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Epitif növdür. Chaetomorpha, Cladophora cinslərin növlərinin tallomlarında tez-tez rast gəlinir [5].

Yayılması: Xəzərin qərb sahilində, Giləzi dili b-nu və Pirallahı adası yaxınlığında [3, 4].

Sayı və tendensiyası: Populyasiyanın vəziyyəti ətraf mühitin dəyişilməsindən asılıdır [5].

Məhdudlaşdırıcı amillər: Çirklənmə [5].

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir [5].

Ədəbiyyat / Reference: 1. Kuckuck P. 1895; 2. Зинова А.Д., 1967; 3. Зинова А.Д. Забержинская Э.Б., 1968; 4. Караева Н.И., 2006; 5. Tərtibçinin məlumatı.

Tərtibçi: Qarayeva N.I.

Şəkil: Zinova A.D.

English name: not found

Habitat: Coastal shallows.

Distribution: Caspian lowlands (Gilezi); Absheron (Pirallahi).