Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Beşerkəkcikli söyüd / not found / Salix pentandroides 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Salicales

Fəsiə/ Family: Söyüdkimlər—Salicaceae Lindl.

Elmi adı / Scientific name: Salix pentandroides A. Skvots.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 10-15 m hündürlüyündə, digər növlərə nisbətən gec böyüyən ağacdır. İlk budaqları zeytunu-qara, parlaqdır. Gövdəsinin qabığı boz, dərininə çatlıdır. Tumurcuqları yapışqanlı, çılpaq, parlaq olub, xırdadır. Yarpaqaltlıqları yumurtavri, vəzilidişli, erkən töküləndir. Cavan zoğları və yarpaqları yaöışqanlıdır, ətirlidir, silkələdikdə balzam iyi verir. Yarpaqları lansetvari və ya enli-lansetvridir, parlaqdır, ucu çəpinə sivridir. Hamaşçiçəkləri silindrşəkillidir, sıxdır. Erkəkcik sırğaları sərbəstdir, erkəkcikləri 4(3)-8-dir. Dişicik sırğaları sallaqdır, çiçək ballıqları 2-dir. Qutucuğu qısa saplaqlı, 10-11 sm-ə qədər uzunluğundadır, parlaqdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi iyun-iyul aylarına, meyvəverməsi avqust-sentyabr aylarına təsadüf edir. Yuxarı dağ qurşağına qədər çay sahillərində az-az rast gəlinir. Tozlanması anemofil və entomofildir. Rütubətli yerlərdə bitir. Dekorativ və nektarlı bitkidir, bənd vurulmasında istifadə olunur. Qiymətli aşılayıcıdır. Qabığında və yarpaqlarında salisin vardır [1].

Yayılması: kiçik Qafqazın şimal hissəsi (Göygöl sahili) [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyatı azdır. Yegane lokalitetində iqlim və antropogen təsirlərinə həssaslıq müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Təbii bərpasının zəif getməsi.

Mühafizə tədbirləri: göygöl Milli Parkında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1970; 2. Əsgərov A.M., 2006; 3.Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S.

Şəkil: Fərzəliyev V.S.

English name: not found

Habitat: Humid mountanous sites, river banks.

Distribution: Up tohigher mountain zone of Northern (AZ) Lesser Caucasus (Goygol).