Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Batdaxlıq agtəpəsi / Marsh grass-of-parnassus or Northern grass-of-parnassus / Parnassia palustris 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Parnassiales

Fəsiə/ Family: Parnasiyakimilar- Pamassiaceae S.F.Gray.

Elmi adı / Scientific name: Pamassia palustris L.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status:

"Təhlükəli həddə yaxın olanlar'' kateqoriyasına aiddir- NT.Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 7-40 sm hündürlükdədir. Kökətrafı yarpaqları ürəkvari əsaslı, yumurtavari – dairəvi, tam kənarlı, gövdə yarpağı tək, gövdəni bürüyən va ya gövdədə yarpaqlar yoxdur. Çiçəkləri təpədə təkdirlər. Kasacıq əsasa qədər yumurtavari-lansetşəkilli va ya lansetvari-xətti hissəciklərə bölünmüşdür. Ləçəkləri ağdır, enli yumurtavari va ya ellipsşəkilli, 5-12 mm uzunluqdadır. Staminodilər enli, çoxlu hissələrə ayrılmış, sapvari hissəciklidir. Toxumları çoxsaylıdır [1].

Bioloji, ekoloji ve fitosenoloji xüsusiyyətləri: iyun və iyul ayları çiçəkləyir va toxumlayır.

Yuxarı dağ qurşağının rütubətli yerlərində rast gəlinir. Mezofit bitkidir [1, 2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın cənub, şimal və mərkəzi hissələri, Naxçıvanın daglıq hissəsi [1, 2, 3].

Sayı ve tendensiyası: Populyasiyanın təbii bərpasında mənfi təsirlərin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyllidir [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, tapdalanma) və iqlim amillərinə həssaslıq.

Mühafizə tədbirləri: Populyasiyanı nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Əsgərov A.M., 2006; 3. MəmmədovQ., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N., Mustafayeva S.C.

Şəkil: Kərimov V.N.

English name: Marsh grass-of-parnassus or Northern grass-of-parnassus

Habitat: Humid sites of higher mountain zone.

Distribution: Guba part of the Greater Caucasus, Eastern (AZ) Greater Caucasus; Western (AZ} Greater Caucasus; Northern (AZ} Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.