Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Batdaxlı mürgəkotu / Marsh heleborine / Epipactis palustris 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Epipactis palustris (L.) Crantz.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovları böyük deyil, sürünəndir, qalınlığı1 sm-ə qədərdir. Gövdəsinin hündürlüyü 40—70 sm-dir. Alt yarpaqları uzunsov, uzunluğu 4 sm-ə qədərdir. Yuxarıdakıları lansetşəkilli, sivri, tədricən çiçəkatlğına keçir. Çiçək qurupu çoxçiçəkli salxım şəklindədir. Çiçəkləri aşağı əyilmişdir. Çiçək dodağının uzunluğu 1—1.2 sm; çılpaq, çiçək yanlığının üst yarpaqları uzundur və ya onlara bərabərdir, ağımtıldır, qırmızımtıl zolaqlarla, onun daxili hissəsi az çökükdür, daxildən oturaq, narıncı – ziyilli, kənarları xarici tərəfdən iti dişlidir [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: İyun-iyul (avqust) aylarında çiçəkləyir. Ovalıqdan orta dağ qurşağına qədər rütubətli yerlərdə, kölgəli meşə və kolluqlarda rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsində, Kür düzənliyində, kiçik Qafqazın şimalında, Naxçıvanın dağlıq hissəsində rast gəlinir [1].

Sayı və tendensiyası: Populyasiyası nadirdir, fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davaml surətdə azalması müşahidə olunur [2].

Məhdudlaşdırıcı amillər: İqlim, otarılma və tapdalanma.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarını toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yelərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Şükürov E.S., Nəbiyev M.A.

Şəkil: Ovari M.

English name: Marsh heleborine

Habitat: Humid forests and shrublands from lowland to middle mountain zone.

Distribution: Guba part of Greater Caucasus; Northern (AZ) Lesser Caucasus; Kur plain.