Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Balaca bulaqotu / not found / Veronica minuta 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Keçiqulağıkimilər – Scrophulariaceae Juss.

Elmi adı / Scientific name: Veronica minuta C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır,nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir. Sütuncuq 3-4 mm uzunluqdadır. Toxumları 1 mm uzunluğunda, oval, sıxılmış, demək olar ki, hamar, qəhvəyi rəngdədir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə və meyvəverməsi iyul-avqust aylarında baş verir. Kserofit bitkidir. Alp qurşağında daşlı qayalarda rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın bütün rayonları, Kiçik Qafqazın şimal və mərkəzi hissələri [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Əsasən alp qurşağının bitkisi olduğundan və qısa vegetativ dğvrünə malik olduğundan ətraf mühit amillərinə çox həssasdır.

Mühafizə tədbirləri: Yayıldığı ərazilərin mütəmadi monitorinqinin aparılması, toxumla rahat çoxaldığından toxum ehtiyatının yığılması və toxumbankında saxlanması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Əsgərov A.M., 2006; 3. Tərtibçinin məlumatı.

Tərtibçi: Kərimov V.N.

Şəkil: Yusifov E.F.

English name: not found

Habitat: Rocks of alpine zone.

Distribution: All regions of the (AZ) Greater Caucasus ; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus.