Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Bala qaraşəngi / not found / Scrophularia minima 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Keçiqulağıkimilər – Scrophulariaceae Juss.

Elmi adı / Scientific name: Scrophularia minima Bieb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Alçaqboylu, 4-10 sm hündürlükdə, çox vaxt al-qırmızı rəngli, çoxillik bitkidir. Yarpaqları 1-4 sm uzunluğunda, 8-20 mm enində, uzunsov, bəzən yumurtavari, küt, bəzən sivri, kənarları noxudvari-dişlidir. Çiçəkqrupu başcıqlı, oval və ya uzunsov, çox çiçəklidir. Çiçəkləri oturaqdır. Kasacıq 4-4,5 mm uzunluğunda, tac iri, al-qırmızı borucuğu 15 mm uzunluqda, yuxarı dodağı dəyirmi, aşağı dodağı yan dilimlərdən uzundur. Qutucuğu 5-6 mm uzunluğunda, şarvari – yumurtavaridir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi iyul-avqust, meyvəverməsi avqust ayına təsadüf edir. Alp qurşağının gilli töküntülərində və qayalıqlarda rast gəlinir[2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi və qərb hissəsində [1, 3, 4].

Sayı və tendensiyası: Antropogen amillər, populyasiyaları yayılan ərazilərin ekstremal iqlim şəraitinə malik olması, kəskin iqlim dəyişkənliyinə həssaslıq.

Məhdudlaşdırıcı amillər: Populyasiyalarının ciddi monitorinq olunması, xüsusi qorunan ərazilər çərçivəsində mühafizə tədbirlərinin görülməsi.

Mühafizə tədbirləri: Yeni yayılma yerlərinin axtarılması tələb olunur.

Ədəbiyyat / Reference: 1. Флора CCCP, 1955; 2. Флора Азербайджан, 1957;; 3.Əsgərov A.M., 2006; 4. Tərtibçinin məlumatı.

Tərtibçi: Kərimov V.N.

Şəkil: Yusifov E.F.

English name: not found

Habitat: Clayey sites and rocks of alpine zone.

Distribution: Guba part of the Greater Caucasus; Western (AZ) Greater Caucasus.