Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Başcıqlı soğan  / not found / Gypsophila capitata  


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Qərənfilkimilər—Caryophyllaceae Juss.

Elmi adı / Scientific name: Gypsophila capitata Bieb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1 ab(iii)+ 2ab(iii). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir.

Regional IUCN Statusu: NT [6].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir, 20—40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15)mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: İyun –avqust aylarında çiçəkləyir. Aşağı və orta dağ qurşaqlarında gili və daşlı yamaclarda, quru çaylarda və arxalarda rast gəlinir [1, 3, 4].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, Qobustan, Xəzəryanı ovalıq [1, 4, 5, 7].

Sayı və tendensiyası: Populyasiyanın növləri azalır, yayılma ərazisi məhdudlaşır [7].

Məhdudlaşdırıcı amillər: İqlim və antropogen amillər (otarılma, tapdalanma nəticəsində yaşayış ərazisinin deqradasiyası).

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır [5]. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Гроссгейм А.А., 1952; 3.Ахундов Г.Ф., 1972; 4. Алиев Д.А., 1971; 5. Гахраманова М.Х., 2002; 6. Schtaz G., Shulkina T., Solomon J., 2013; 7. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Şükürov E.S., Murtazaliyev R.A.

Şəkil: Murtazaliyev R.A.

English name: not found

Habitat: Clayey and stony slopes, brooks of lower and middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus; Gobustan; Caspian lowlands.