Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Bərk soğan / not found / Gypsophila robusta 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Qərənfilkimilər—Caryophyllaceae Juss.

Elmi adı / Scientific name: Gypsophila robusta Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii) c (iii, iv) + 2b(i, ii). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir.

Regional IUCN Statusu: VU B2ab (iii, v) [3].

Qısa morfoloji təsviri: Çoxillik, göyümtül ot bitkisidir. Hündürlüyü 50-70 sm-dir. Yarpaqları oturaq, uzunluğu 1-2 mm olan qısa qına bitişik, enlidir, uzunsov-ellipsivari, uzunsov – lansetşəkilli, yaxud uzunsov, tərs –yumurtaşəkilli, alt tərəfdəkilər küt, sonrakılar isə iti, eni (0,7) 2-3 sm-ə çatır, 3-5 (7) damarlıdır. Çiçək qrupu budaqlıdır. Kasacığın uzunluğu 3,5 -4 mm, zınqrovlu, orta hissəyə qədər bölünmüş, kənarları dişlidir. Ləçəkləri ağ və ya çəhrayı, kasacıqdan bir qədər uzundur. Qutucuğun uzunluğu 4 mm, enli yumurtaşəkillidir. Toxumunun uzunluğu 1 mm, tünd rənglidir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: İyun –iyul (avqust) aylarında çiçəkləyir.Ovalıqlarda və dağətəyi qurşaqlarda quru yerlərdə rast gəlinir [1].

Yayılması: Kür-Araz ovalığı və Kür düzənliyi [1, 4].

Sayı və tendensiyası: Yayılma ərazisinin deqradasiyası, antropogen amillər azalma təhlükəsini yaradır [4].

Məhdudlaşdırıcı amillər: İqlim (səhralaşma) və antropogen amillər (otarılma, tapdalanma).

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Гроссгейм А.А., 1952; 3. Schtaz G., Shulkina T., Solomon J., 2013; 7. Tərtibçinin məlumatı.

Tərtibçilər: Şükürov E.S.

Şəkil: AMEA-nın Botanika İnstitutunun Herbari Fondu.

English name: not found

Habitat: Dry sites of lowland and foothill zone.

Distribution: Kur plain; Kur-Araz lowlands.