Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Bənövşəyi keçiqulağı / not found / Verbascum phoeniceum 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Keçiqulağıkimilər – Scrophulariaceae Juss.

Elmi adı / Scientific name: Verbascum phoeniceum L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3-6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı – bənövşəyi, 25-30 mm diametrindədir. Qutucuq 5-7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir [1, 2].

Yayılması: Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, Kükü dağ –Dərəboğaz, Batabat) [1, 2, 3, 4].

Sayı və tendensiyası: Populyasiyanın ehtuyatı məhduddur və azalır [3, 4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıq [4].

Mühafizə tədbirləri: Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur [4].

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008; 3. Naxçıvan MR-nın Qırmızı kitabı; 2010; 4. Tərtibçinin məlumatı.

Tərtibçi: Talıbov T.H.

Şəkil: Naxçıvan MR-nın Qırmızı kitabı; 2010.

English name: not found

Habitat: Grassy slopes, stony and gravelly places and can be found in the shrubs of higher mountain zone.

Distribution: Samur-Davachi lowlands (Xudat), Northern Lesser Caucasus (Goygol region), mountain part of Nakhchivan (Djulfa region, Arajigdagi-Xazinadara; Shahbuz region, Kuku mountain – Darabogaz, Batabat).