Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Bənövşəyi güləbətin / Violet pasque flower / Pulsatilla violacea 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Ranunculales

Fəsiə/ Family: Qaymaqçiçəkkimilər – Ranunculaceae Juss.

Elmi adı / Scientific name: Pulsatilla violacea Rupr.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-20 sm hündürlükdədir, yarpaqlarla birlikdə yumşaq tüklüdür. Kök üzərində olan yarpaqlar çiçəklərlə birlikdə əmələ gəlir, uzunsov, ikiqat lələkvari yarılmış xətvari, qısa, itiləşmiş hissələrə ayrılmışdır. Çiçəklər bənövşəyi, bəzən də ağımtıl rənglidir. Çiçəkyanlığının yarpaqları ellipsivari və ya tərsyumurtavari, uzunsov, 3 sm-ə qədər uzunluqdadır. Meyvələrin saplağı tükcüklü, 2-3 sm uzunluqdadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağından yuxarı dağ qurşağına qədər meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir [1].

Yayılması: Kiçik Qafqazın şimal, cənub, mərkəzi hissələri və Naxçıvanın dağlıq hissəsi [ 1, 2, 3, 4].

Sayı və tendensiyası: Fraqment şəklində rast gəlinən areallarında saylarının azalması müşahidə olunur [ 4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (əsasən yay otlsaqlarının sistemsiz otarılması və biçənək kimi istifadə edilməsi).

Mühafizə tədbirləri: Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Əsgərov A.M., 2005; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4.Tərtibçinin məlumatı.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Violet pasque flower

Habitat: Forest glades, shrublands and forest edges from middle to higher mountain zone.

Distribution: Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.