Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Böyük titrəmərcan / Largest masterwort / Astrantia maxima 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Astrantia maxima Pall.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Təhlükəli həddə yaxın olanlar'' kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkidir, hündürlüyü 70 sm-dir. Sarğılarının yarpaqcıqları irirdir, 8-13 ədəddir, yarıdan yuxarı hissəsinin kənarları kirpikvari-dişciklidir. Gövdəsi əsasən budaqlanandır. Yarpaqları orta ölçülüdür, üçər bölümlüdür. Kökətrafı yarpaqları uzun saplaqlıdır, dərin üçdilimlidir. Çətirləri 3,5-4 sm diametrindədir. Çiçəkləri çoxsaylı, çəhrayı rəngdədir. Meyvələri uzunsov və ya yumurtavaridir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi iyun-iyul, meyvəverməsi iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalan mezofit bitkidir. Meşədən sonra gələn fitosenozlarda və mezofit, subalp çəmənliklərdə, meşə talalarında tək-tək, nadir hallarda talalar şəklində rast gəlinir.

Yayılması: KQ şimal hissəsi (Göygöl rayonu ərazisi) və Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu –Küküdağ ətəkləri, Batabat meşəsi; Clefa rayonu-Aracıq dağ ətəkləri; ordubad rayonu-Tillək meşəsi) [2, 3].

Sayı və tendensiyası: Azalma tendensiyası meşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Ekoloji, zoogen və antropogen amillərin təsiri.

Mühafizə tədbirləri: Gözəl görünüşlü olmasına baxmayaraq, becərilməsi barədə məlumatlar yoxdur. Hal-hazırda təhlükə altında olmadığından qorunması lazım bilinmir, lakin bitdiyi əsas sahələrdə (H. Əliyev adına Zəngəzur Milli Parkı və Göygöl Milli Parkı) nisbi nəzarətdə saxlanılır [3].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. İbadullayeva S.C., 2004; 3. Naxçıvan MR-in Qırmızı kitabı, 2010; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı kitabı, 2010; Mehdiyeva N.P.

English name: Largest masterwort

Habitat: Subalpine meadows and forest glades of higher mountain zone.

Distribution: Northern (AZ) Lesser Caucasus (Goygol); Nakhchivan plain and mountain part of Nakhchivan (Shahbuz region-foothills of Kukudagh, Batabat forest; Julfa region region-foothills of Arajig mountain; Ordubad region –Tillek forest).