Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Azərbaycan itburnu / Azerbaijan rosehip / Roza azerbaidzhanica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəkkimilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Roza azerbaidzhanica Novopokr. et Rzazade

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B2ab(ii,iii, iv,v). Azərbaycanın endemik, nadir növüdür.

Regional IUCN Statusu: EN B2ab(ii,iii, iv,v) [4].

Qısa morfoloji təsviri: 20-25 sm hündürlüyündə, kiçik kolcuqdur. Orta yarpaqları 2,5-3,5 sm uzunluğundadır. Yarpaqcıqlar 5-7, dairəvi və ya enli, tərs-yumurtavaridir. Çiçəklər təkdir, bəzən 2-dir. Çiçək saplağı qısa, ləçəklər ağımtıl-çəhrayı, daha sonra ağ olur. Meyvəsi şarvari, bərabər və çiçək saplağından uzundur [1,2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Orta dağ qurşağından yuxarı dağ qurşağına qədər daşlı yamaclarda yayılmışdır [1,2]. Farmakologiyaya daxil olan dərman bitkisidir. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur [1,2, 3,4].

Yayılması: Böyük Qafqazın Quba hissəsi və qərbi (Şəki rayonu-Daşlıbərə), KiçikQafqazın şimal hissəsi (Göygöl rayonu-Göygöl gölünün ətrafı; Gədəbəy rayonu-Qaradağ, Slavyanka kəndinin ətrafı); Naxçıvanın dağlıq hissəsi [1, 2,3].

Sayı və tendensiyası: Populyasiyanın yaşama ərazisi məhdudlaşır, antropogen amillər nəsli kəsilmək təhlükəsini yaradır [5].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən meyvələrin yığılması.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А. 1952; 2. Флора Азербайджана, 1954; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Schtaz G., Shulkina T., Solomon J., 2013; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Qaraxani P.X., Novruzov E.N.

Şəkil: Mehdiyeva N.P.

English name: Azerbaijan rosehip

Habitat: Stony slopes from middle to higher mountain zone.

Distribution: Guba part of Greater Caucasus; Western (AZ) Greater Caucasus (Sheki region –Dashlibara); Northern (AZ) Lesser Caucasus (Goygol region –around Goygol lake; Gadabey region – Garadagh, surroundings of Slavyanka village).