Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Azşüalı zərəvşan / not found / Zeravschania pauciradiata 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Araliales

Fəsilə / Family: Kərəvüzkimilər -Apiaceae Lindl.

Elmi adı / Scientific name: Zeravschania pauciradiata (Tmamasch.) M. Pimen. (Peucedanum pauciradiatum Tamamsch.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, çılpaq, göyümtül bitkidir, hündürlüyü 60-120 sm-dir. Kökətrafı yarpaqları üçər bölümlüdür, son ayaları ayrılmış lələklidir, yumurtavari və ya uzunsovdur, uzunluğu 1 sm-ə yaxındır. Gövdə yarpaqlarının ayaları çox kiçikdir, qalanları lansetvari qın formasındadır, ayasızdır. Çətirlərdə 3-6 ədəd, uzunluğu 1-2,5 sm olan müxtəlif şüaları vardır. Ləçəkləri açıq-sarıdır. Meyvələri 4 mm uzunluğundadır, ellipivaridir [4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə iyun-iyul, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Kseromezofitdir. Orta dağ qurşaqlarında, quru, daşlı, qayalı, dərələrdə rast gəlinir. Efir yağlı bitkidir [1].

Yayılması: Kiçik Qafqazın cənub hissəsi (Zəngilan rayonu) və Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu -Axura, Havuş; Ordubad rayonu - Gənzə və Aşağı Əylis kəndləri ətrafı) [1, 2, 3, 5].

Sayı və tendensiyası: Populyasiyasının təbii ehtiyatı azdır, mənfi təsirlər azalmatendensiyasını sürətləndirir [6].

Məhdudlaşdırıcı amillər: Populyasiyanın zəif təkrarlanması, iqlim və antropogen təsirlər.

Mühafizə tədbirləri: Arpaçay və Ordubad Dövlət Təbiət Ysaqlıqları ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır [3].

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1955; 2. Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989; 3. İbadullayeva S.C., 2004; 4. İbadullayeva S.C. və b., 2001; 5. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 6. Tərtibçinin məlumatı.

Tərtibçi: İbadullayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010.

English name: not found

Habitat: Dry, stony and rocky valleys of middle mountain zone.

Distribution: Southern (AZ) Lesser Caucasus (Zangilan region); mountain part of Nakhchivan (Sharur region - Akhura, Havush; Ordubad region - around Genze and Ashaghi Eylis villages).