Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Auxer lələklivəsi / not found / Smyrniopsis aucheri 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Smyrniopsis aucheri Schischk.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sraı, ikicinsli və erkəkciklidir. Meyvələri yumurtavari, 6-7 mm uzunluqda, qabarıq qabırğalı və yastı novludur, sütuncuğu uzun və açılmışdır [2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyun, meyvəvermə iyul ayına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarında quru, daşlı yamaclarda rast gəlinir [1].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu- Keçili və Kükü kəndləri) [3].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir [4].

Məhdudlaşdırıcı amillər: İqlim amillərinin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq, yasaqlıqların yaradılması, toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni areallarının axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. İbadullayeva S.C., 2004; 3. İbadullayeva S.C., et al., 2011; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: İbadullayeva S.C.

English name: not found

Habitat: Dry stony slopes of middle and higher mountain zone.

Distribution: Mountain part of Nakhchivan (Shahbuz region- Kechili and Kuku villages).