Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Atropatan dazısı / not found / Hypericum atropotanum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Theales

Fəsiə/ Family: Dazıkimilər fəsiləsi—Hypericaceae Juss.

Elmi adı / Scientific name: Hypericum atropotanum Rzazade

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemikidir.

Qısa morfoloji təsviri: Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm –dir. Yarpaqlar xətvari, 4-7 mm uzunluğunda, 1,5 mm enindədir. Çiçək qrupu salxımlı, 1-5 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir. Yarımçətirlər 5-12mm uzunluğundadır. Ləçəklər ellipsivari və ya yumurtavari, 5-8mm uzunluğunda, 3 mm enindədir. Erkəkciklər 3 dəstədədir. Yumurtalıq dairəvi, sütuncuqlar 3, qutucuq yumurtavari, 5mm uzunluğunda, 3 mm enindədir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə -meyvə əmələgətirmə iyul-avqust aylarına təsadüf edir. Dərman bitkisidir [1].

Yayılması: Naxçıvan dağlıq hissəsi (Şahbuz kəndinin ətrafı) [1].

Sayı və tendensiyası: Təhlükə altına düşə bilən növdür[2].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən dərman bitkisi kimi yığılması.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Əhmədzadə F.Ə., İbadullayeva S.C.

Şəkil: İbadullayeva S.C.

English name: not found

Habitat: Mountainous zone.

Distribution: Mountain part of Nakhchivan (surroundings of Shahbuz village).