Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Atmilçək qaş səhləbi  / not found / Ophrys oestrifera 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Ophrys oestrifera Bieb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1 ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 20—40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda –ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov – lansetvari və ya uzunsov – ellipsvari, eni 2-3 sm, uzunluğu 5—10 sm-dir. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12—14 mm uzunluğunda açıq –bənövşəyi rənglidir. Daxili ləçəklər 3—4 mm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel-may aylarına təsadüf edilir. Meşə və kolluqlarda, aşağı dağ qurşağından orta dağ qurşağına qədər rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın qərbi, şərqi və Quba sahəsi; Kür-Araz ovalığı, Kür düzənliyi, Naxçıvam dağlıq hissə (Batabat) və Lənkəran ovalığı; Samur – Dəvəçi ovalığı (Nabran)[1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyalarında fərdlərin sayı azdır. Azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması, yaşayış mühiti olan meşələrin qırılması, antropogen təsirlərin artması (ərazilərin intensiv otarılması və biçənək kimi istifadəsi0.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi məqsədəuyğundur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Əsgərov A.M., 2005; 3.Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Forests and shrublands from lower to middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus , Western (AZ) Greater Caucasus; Kur-Araz lowlands; Kur plain; Lankaran lowlands; Nakhchivan plain; Samur – Devechi lowlands (Nabran).