Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Asırğalyarpaq mürgəkotu / Scarce marsh helleborine or Eastern marsh helleborine / Epipactis veratrifolia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Epipactis veratrifolia Boiss.et Hohen.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU C2a(ii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovları qısadır. Gövdənin hündürlüyü 40—100 sm-dir. Çiçək qrupu oxu ilə birlikdə üst tərəfdə az əyilmiş, alt tərəfdə 3—4 qınlıdır. Yarpaqları böyükdür. Alt yarpaqları enli-elpsivaridir, ortadakılar ellipsvaridir. Çiçək qrupu 4—20 çiçəkli, biryanlı salxım şəklindədir. Uzunluğu 15—18 mm, dar –oval, sivriləşmiş, xaricdən qismən çox və ya az əyilmiş, çiçəkyanlığının daxilindəki ləçəkləri kütdür, qeyri—bərabər yanlıdır. Çiçək dodaqları çiçək yanlığının ləçəklərindən qısadır, onun arxa hissəsi novşəkillidir, ön hissəsi itidir [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: İyun-iyul (avqust) aylarında çiçəkləyir. Aşağı dağ qurşağında rütubətli yamaclarda, ovalıqlarda, dağətəyi qurşaqlarda, quru yerlərdə rast gəlinir [1, 3].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonunun Kotam kəndinin ətrafı) [2, 3, 4].

Sayı və tendensiyası: Populyaisyası azalır, yeganə lokalitetində mənfi təsirlərə hassaslıq müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: İqlim və antropogen amillər [3, 4].

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarını toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yelərinin axtarılması təklif olunur [4].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azrbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 4.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Şükürov E.S., Nəbiyev M.A.

Şəkil: Ovari M.

English name: Scarce marsh helleborine or Eastern marsh helleborine

Habitat: Humid slopes of lower mountain zone.

Distribution: Mountain part of Nakhchivan (surroundings of Kotam village of Ordubad region).