Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Arı qaş səhləbi / Bee orchid / Ophrys apifera 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Ophrys apifera Huds.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə 20—30 sm hündürlükdədir. Soğanaqları şarvari və xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt parlaq və ya açıq çəhrayı rəngli 5 damarlıdır. Daxili yarpaqları yaşılımtıl-çəhrayı çalarlı, məxmərvari tüklü, 3damarlıdır. Dodaqcıq enli, oval, məxmərvari 3 dilimlidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel – may aylarına təsadüf edir. Aşağı dağ qurşağında meşə talalarında yayılmışdır [1].

Yayılması: Böyük Qafqazın qərbi (Şəki rayonu Kiş kəndi), Lənkəranın dağlıq hissəsi [1, 2, 3].

Sayı və tendensiyası: Bir neçə lokalitet məlumdur, azalma tendensiyası davam edir [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (dekorativ əhəmiyyətnə görə əhali tərəfindən intensiv toplanılması, otarma və tapdalanma). Xüsusi yaşayış mühitinə tələbkar növ olması.

Mühafizə tədbirləri: Yayıldığı ərazilərin nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Əsgərov A.M., 2005; 3.Məmmədov Q. Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Bee orchid

Habitat: Forests and glades of lower mountain zone.

Distribution: Western (AZ) Greater Caucasus (Sheki region Kish village); mountain part of Lankaran.