Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Alp vudsiyası  / Alpine woodsia / Woodsia alpine 


Şöbə / Division: Qıjıkimilər – Polypodiophyta

Sinif / Class: Qıjılar – Polypodiopsida

Sıra / Order: Aspleniumlular – Aspleniales

Fəsiə/ Family: Vudsiyakimilər – Woodsiaceae (Diels) Herter

Elmi adı / Scientific name: Woodsia alpina (Bolt) S.F. Gray

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, 6—8 sm hündürlüyündə kiçik bitkidir. Yarpaqları tutqun – yaşıl, pərdəşəkilli, pulcuqlu; saplağı sarımtıl – boz, yarpaq ayasından qısa, qaidəsində 1 ötürücü topalı; seqmentləri 6 – 8 cüt ovalşəkilli; sorusları yetişəndə öz aralarında qovuşandır; sporun səthi xırda yuvacıqlıdır [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Sporların yetişmə dövrü iyul—sentyabr aylarına təsadüf edir. Yüksək dağ v alp qurşaqlarında, nadir hallarda meşə zolaqlarında, qayalıqlar və daşlıq ərazilərdə rast gəlinir. Dekorativ bitkidir [1, 4, 5].

Yayılması: Böyük Qafqazın Quba sahəsi; Böyük Qafqazın şərq hissəsi (Oğuz rayonu. Fil—fil kəndi ətrafı); Böyük Qafqazın qərb hissəsi (Sidlov dağı); Kiçik Qafqazın şimal hissəsi (Göygöl ətrafı, Cəbrayıl qəsəbəsi ətrafı), Diabar (Lerik rayonu); Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu) [1, 2, 3, 6].

Sayı və tendensiyası: Az sayda, məhdud biotoplarda rast gələn populyasiyalara malikdir [6].

Məhdudlaşdırıcı amilləri: Antropogen amillər, ətraf mühit amillərinə həssaslığı, arealının çox məhdud olması.

Mühafizə tədbirləri: Vaxtaşırı monitorinqlərin aparılması.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Аскеров А.М. 1983; 3. Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989; 4. Аскеров А.М. 2001; 5. Əsgərov A.M. 2005; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Əskərov A.M., Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Alpine woodsia

Habitat: Rocky areas

Distribution: Guba part of the Greater Caucasus; Northern (AZ) Lesser Caucasus; Diabar.