Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Aleksey süsəni / not found / Iris alexeenkoi 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris alexeenkoi Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B2b(iii,iv, v) c (ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik bitkidir, kökümsovun yoğun, qısadır, gövdə bir təpə çiçəklidir, çox qısa, bəzən inkişaf etməyəndir, yarpaqlar yaşıl, bozumtul qalxanvari 4-7 (10) mm enindədir. Təpə yarpaqları yaşıl, göyümtül, təpə hissəsi pərdəli, çiçəkdən qısadır, çiçəkyanlığının borucuğu 5 dəfə yumurtalıqdan uzundur, çiçəkyanlığı bənövşəyi, xarici tərəfi (3,5) 4,5 -5,5 sm uzunluğundadır. Təpə hissəsi dairəvidir; çiçək yanlığının daxili tərəfi yumurtavari və ya uzunsovdur. Sütuncuğun kənarı çiçəkyanlığının xarici kənarından qısadır, ağımtıl, bənövşəyi, uzununa zolaqlıdır. Tozcuğu mavidir, qutucuq 5 sm uzunluğunda, uzunsov –yumurtavari, üçtillidir [1, 2, 4].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarının birinci ongünlüyünə təsadüf edir.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Kolluqlarda, oltu yamaclarda qruplaşmalar əmələ gətirir. Düzənliklərdə və aşağı dağ qurşağında yayılmışdır.Dekorativ bitkidir [2, 3, 4].

Yayılması: Kür düzənliyi, Bozqır yaylası [2, 3, 5].

Sayı və tendensiyası: Mənfi antropogen təsirlər növün itmə təhlükəsini yaradır [5].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (dekorativ bitki kimi hali tərəfindən intensiv yığılması, otarılma, tapdalanma).

Mühafizə tədbirləri: Yayıldığı sahələrin, təbii populyasiyalarının mühafizə olunması üçün xüsusi tədbirlər aparılmır, antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора Азербайджана, 1952; 3. Ибадлы О.В. 2005; 4. Михеев А.Д., 2004; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V. , Qaraxani P.X.

Şəkil: Banketov S.A.

English name: not found

Habitat: Shrublands, grassy slopes.

Distribution: Bozqir plateau; Kur plain.