Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Alban güləbətini / Caucasus pasque flower / Pulsatilla albana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Ranunculales

Fəsiə/ Family: Qaymaqçiçəkkimilər – Ranunculaceae Juss.

Elmi adı / Scientific name: Pulsatilla albana (Stev.) Bercht. et Presl

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18-25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə may-iyul aylarına təsadüf edir. Yuxarı dağ qurşaqlarında, əhəngli, çınqıllı-daşlı, daş yamaclarında və çəmənliklərdə rast gəlinir. Dekorativdir. Zəhərli bitki olduğundan mal-qara tərəfindən yeyilmir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri[ 1, 2, 3].

Sayı və tendensiyası: Antropogen amillərin təsirinə baxmayaraq populyasiya hal-hazırda sabitdir, yalnız areallarının qismən daralması müşahidə olunur [ 4].

Məhdudlaşdırıcı amillər: Sistemsiz otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır, ekstremal iqlim şəraiti olan ərazilərdə yayılıb.

Mühafizə tədbirləri: Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Əsgərov A.M., 2005; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4.Tərtibçinin məlumatı.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Caucasus pasque flower

Habitat: Meadows, calcareous, stony and gravelly slopes of higher mountain zone.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus; Western (AZ) Greater Caucasus.