Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Alabəzək usneya  / not found / Usnea florida 


Şöbə / Division: Şibyələr – Lichenophyta

Sinif / Class: Lecanoromycetes

Sıra / Order: Lecanorales Nannf.

Fəsilə / Family: Parmeliasea – Parmeliaceae Tuck.

Elmi adı / Scientific name: Usnea florida (L.) F.M. Wigg.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri: Tallomu kolşəkilli, dəstəvari-dikduran, uzunluğu 5-10 sm-ə qədər, sarı-yaşılımtıl, bozumtul –yaşıl rənglidir, dixomik yaxud simpodial şaxələnmişdir. Budaqları silindrik, qabıq təbəqəli, üst hissəsi sıx məməcik və fibrillərlə örtülüdür. Apotesilər çoxsaylıdır, diski açıq rəngli, kənarları kirpiklərlə əhatə olunmuşdur. Tallom və özək KOH təsirindən saralır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Mezofitdir, sporla çoxalır. Antimikrob xüsusiyətinə görə qədim xalq təbabətində və tibdə dərman bitkisi kimi istifadə olunur [3, 2, 5].

Yayılması: Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğunda), Qusar rayonu (Hil kəndin cənub –qərb hissəsi), Göygöl rayonu (Göygöl Dövlət Təbiət Qoruğu 1700-1800m). Dağ meşədə yarpaqlı ağacların qabığında [4, 3].

Sayı və tendensiyası: Populyasiya azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini gələcəkdə yarada bilər [6].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən ağacların qırılması və atmosferin çirklənməsi [6].

Mühafizə tədbirləri: Növün arealını xəritələşdirmək. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək [6].

Ədəbiyyat / Reference: 1. Бархалов Ш.О. 1969; 2. Шретер А.И., 1979; 3. Атлас ареалов и ресурсов лекарственных растеный СССР, 1980; 4. Новрузов В.С., 1990; 5.http://aromatherapy.org.ua/content/view/213/105; 6. Tərtibçinin məlumatı.

Tərtibçi: Alverdiyeva S.M.

Şəkil: Alverdiyeva S.M.

English name: not found

Habitat: On the bark of treesin mountain forests.

Distribution: Guba part of the Greater Caucasus (Gusar region –south and north of Gil village ); Western (AZ) Greater Caucasus (Balakan region); Northern (AZ) Lesser Caucasus (Goygol region –Goygol State Nature Reserve, 1700 -1800m.).