Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Adi qlobularia / Common globe daisy / Globularia vulgaris 
Ş

öbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Qlobulariyakimilər – Globulariaceae DC.

Elmi adı / Scientific name: Globularia vulgaris L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, uzunsov, tərs –yumurtavari, 3-5 damarlı, tamkənarlı, üts tərəfdən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, ellipsvari-lansetvari, itidir. Çiçək daşıyan gövdələr 2-3, sonuncu başcıqlı; 10-35 sm hündürlükdədir. Başcıqlar 7-8 mm diametrdə, düz dairəvi, sıxdırlar. Kasacıq 4-4,5 mm uzunluqda, üçkünclü – lansetvari dişciklidir. Tac mavi rəngli, 2 1/2 dəfə kasacıqdan uzundur [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə may-iyul, meyvə əmələgətirmə dövrü iyul –avqust aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında daşlı, əhəngli yerlərdə bitir [2].

Yayılması: Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu) [2].

Sayı və tendensiyası: İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır [3].

Məhdudlaşdırıcı amillər: İqlim dəyişilməsi, otarılma və tapdalanma.

Mühafizə tədbirləri: Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Гроссгейм А.А., 1949; 2. Флора Азербайджан, 1957; 3. Tərtibçinin məlumatı.

Tərtibçi: Əhmədzadə F.Ə.

Şəkil: Zamkova N.Y.

English name: Common globe daisy

Habitat: Stony, calcareous sites of middle mountain zone.

Distribution: Northern (AZ) Lesser Caucasus (Goygol region).