Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Adi şabalıd / Sweet chestnut or Marron / Castanea sativa 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Fagales

Fəsiə/ Family: Frıstıqçiçəklilər—Fagaceae Dumort.

Elmi adı / Scientific name: Castanea sativa Mill.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3cd. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 30(37) m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu – budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6 (15)-20(28), eni 3(4)-7(8) sm-ə bərabərdir, enli və ya uzunsov lansetvaridir, kənarları iri mişardişliolub, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sırğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, orta hissədə isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir. Tozluqlar yumurtavari olub, sırğalarçiçək açdıqdan sonra tökülür. Dişicik daşıyan çiçəklərdən ibarət dixazi iri çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvari tüklərlə örtülü olur. Çanaqcıqda 3 ədəd birtoxumlu fındıqca tipli meyvə yerləşir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: iyun-iyul aylarında çiçəkləyir. Meyvələri sentyabrın axırında, oktyabr və noyabr aylarında yetişir. Toxum, pöhrə və kök bicləri ilə artır. Tozlanması entomofil və anemofildir. Mezofotdir. Təzə, dərin, açıq-qonur çöküntülü dağ-meşə torpaqlarında yaxşı bitir, tərkibində əhəng olan torpaqları, quru və bataqlaşmış yerləri sevmir. Şabalıd meşəliklərə nisbətən kiçik sahələri tutub, əsas etibarilə dəniz səviyyəsindən 550-1200 (1300) m hündürlükdə, yamacın rütubətli şimal, qərb qismən cənub hissələrində yayılmışdır. Adətən qarışıq halda fıstıq –vələs və vələs –palıd meşələrində bitir. Qida bitkisidir [1, 2,3].

Yayılması: Böyük Qafqazın qərb (Balakən, Qax, Zaqatala rayonu –Matsex –Qəbizdərə, Car və Tarixlər kəndlərinin yuxarı hissəsi, Yuxarı Çardaxlar, Pəri qalası, Mamrux və Meşəleş (meşə hissəsi) kəndlərinin ətrafı) və şərq hiossələri (Oğuz, Qəbələ, İsmayıllı), Kiçik Qafqazın mərkəzi hissəsi 9Xankəndi, Ağdərə rayonları ərazisində) [1, 2,4].

Sayı və tendensiyası: Yayılma ərazilərinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Zoogen amillər (meyvələrinin meşədə vəhşi donuzlar, gəmiricilər tərəfindən yeyilməsi0, fitopatoloji və antropogen amillər 9əhali tərəfindən meyvələrin yığılması).

Mühafizə tədbirləri: Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur [2].

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1964; 2.. Azərbaycanın Qırmızı kitabı; 1989; 3. Məmmədov Q., Xəlilov M., 2002; 4.Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S., Məmmədov T.S., Mustafayev S.C.

Şəkil: Mehdiyeva N.P., Yusifov E.M.

English name: Sweet chestnut or Marron

Habitat: Broadleaved forests.

Distribution: Eastern (Az) Greater Caucasus and Western (AZ) Greater Caucasus (Balakan, Gakh, Oghuz, Gabala, Ismayilli, Zaqatala region: matsekh –Gebizdere, Jar and tarikhler – upper part of villages, Yukhari Chardakhlar (Peri Tower), around Mm=amrukh and meshlesh (forests) villages; Central (AZ) Lesser Caucasus (Khankendi and Aghdere regions).