Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Adi üzgəcotu / Greater duckweed, Common duckweed, Duckmeal / Spirodela polyrhiza 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Arales

Fəsiə/ Family: Sugülükimilər – Lemnaceae S.F.Gray

Elmi adı / Scientific name: Spirodela polyrhiza (L.) Schleid.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür.

Qlobal IUCN Statusu: LC

Qısa morfoloji təsviri: Coxillik su bitkisidir. Suyun səthində üzən gövdələri tərs –yumurtavari və ya dəyirmi, üst hissədən açıq –yaşıl, alt hissədən qırmızımtıl rngdə, yastı, 5 mm enindədir. Kökcükləri çox sayda, dəstələr şəklindədir. Payızda nohurun dibinə batmış qonur-qırmızı, hər iki tərəfdən qabarıq zoğlar inkişaf edir [1, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Kriptofit-hiqrofitdir. Arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda, göllərdə, hündür bitkilər areasında, külək və dalğalardan qorunan yerlərdə təmiz assosiasiyalar, eləcə də Lemna minor və L. Gibba növləri ilə qarışıq assosiasiyalar əməə gətirir. Dərman və çöl quşları üçün qida bitkisidir [ 1, 4].

Yayılması: Lənkəran ovalığı (Lənkəran rayonunun Göyşaban kəndi, Mortso gölü), Lənkəran _Muğan (Masallı rayonu – Boradigah çayı), Kür düzənliyi, Naxçıvanın dağlıq hissəsi (Şahbuz Dövlət qoruğu Batabat gölünün sahilyanı zonalarında) [ 1, 2, 3, 5, 6].

Sayı və tendensiyası: Populyasiyasının təbii bərpası azalır, mənfi iqlim və antropogen təsirlərə həssaslıq müşahidə olunur [ 6].

Məhdudlaşdırıcı amillər: Qlobal istiləşmə ilə əlaqədar yaranan quraqlıqların nəticəsində körfəz və göllərin suyunun azalması, əhali tərəfindən qida və dərman bitkisi kimi istifadə edilməsi.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması məqsədəuyğundur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Алиев Д.А., 1969; 3. əsgərov A.M., 2005; 4. Мехтиева Н.П., 2006; 5. Musayev M.Q., 2012; 6.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mustafayeva S.C., Mehdiyeva N.P., Zeynalova S.Ə.

Şəkil: Musayev M.Q.

English name: Greater duckweed, Common duckweed, Duckmeal

Habitat: Lakes, ponds and small rivers from lowland to middle mountain zone.

Distribution: Kur plain; Lankaran lowlands (Goyshaban village, Marso Lake of Lankaran region), Lankaran Mughan (Masalli region – Boradigah river).