Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Acı boletus / Bitter beech bolete or Scarlet –stemmed bolete / Boletus calopus 


Şöbə / Division: Bazidili göbələklər – Basidiomycota

Sinif / Class: Agaricomycetes

Sıra / Order: Boletales

Fəsilə / Family: Boletaceae Chevall.

Elmi adı / Scientific name: Boletus calopus Pers.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri: Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5-15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl –mavi rəng alır. Ayaqcıq 3-7 x 2-3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən , acı dadlıdır. Yeməli deyildir [2, 1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Quercus və Carpinus cinsinin növləri ilə mikoriza əmələ gətirir. Yay və payız mövsümlərində müşahidə edilir [3]. Nadirdir, tək –tək rast gəlinir, sayı dinamikası məlum deyil [3, 4].

Yayılması: Şabran rayonu, Qalaaltı meşəsi [4].

Sayı və tendensiyası: Populyasiyası nadirdir, mənfi amillərin təsiri nəticəsində yayılma ərazisi azalır [4].

Məhdudlaşdırıcı amillər: Mikoriza əmələ gətirən növ olduğu üçün uyğun ağac cinslərinin olması vacibdir [4].

Mühafizə tədbirləri: Tək-tək rast gəlməsini nəzərə alaraq mühafizə edilməsi vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiya və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur [4].

Ədəbiyyat / Reference: 1. Зерова М.Я., Сосин П.Е., Роженко Г.Л. 1979; 2. Определитель агариковых грибов Закавказья. 1985; 3. Sadıqov A.S. 2004; 4. Tərtibçilərin məlumatları.

Tərtibçi: Ağayeva D.N., Sadıqov A.S.

Şəkil: AMEA-nın Botanika İnstitutunun Herbari Fondu, Qürbətov M.G.

English name: Bitter beech bolete or Scarlet –stemmed bolete

Habitat: On broadleaved trees.

Distribution: Guba part of Greater Caucasus (Shabran region – Qalaalti forest).