Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ağıriyli ardıc  / Foetid juniper or Stinking juniper / Juniperus foetidissima  


Şöbə / Division: Çılpaqtoxumlular – Gymnospermae (Pynophyta)

Sinif / Class: İynəyarpaqlılar (Qozadaşıyanlar) – Pinopsida

Sıra / Order: Cupressales

Fəsiə/ Family: Sərvkimilər – Cupressacaea Rich. Ex Bartly

Elmi adı / Scientific name: Juniperus foetidissima Willd.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kataqoriyasın aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qlobal I ICUN statusu / Global I ICUN Status: LC

Qısa morfoloji təsviri: 5—6 (16)m-ə qədər hündürlüyə malik ağac və ya 1,5—3 m hündürlüyündə koldur. Yarpaqları tünd – yaşıl budaqcıqlarda lansetşəkilli, budaqlarda rombaoxşardır. Qozameyvələri dik dayanmışdır və ya azca sallaqsır, kürəvari və ya yumurtaşəkillidir. Toxumları 1—2 və bəzən 3 ədə olub, oval və ya yumurtavari, açıq – qəhvəyi rəngdədir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Aprel – may aylarında tozlanır. Toxumla çoxalır. Qozameyvələri ikinci il oktyabr – dekabr aylarında tamam yetişir. Tozlanması anemofildir. Kserofitdir. Havanın quraqlığında və istiliyinə davamlıdır. Torpaq-qrunt şəraitinə tələbkar deyil, torpağın şoranlığına nisbətən davamlıdır. 300—350 ilə qədər yaşayır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəkliklərdə yayılmışdır. Quru yamaclarda seyrək meşə əmələ gətirir, bundan başqa daşlı – çınqıllı və gilli yamaclarda, uçurumlarda və qayaların üzərində dağınıq halda, tək-tək və qrupla çürüntülü-karbonatlı, boz-qəhvəyi torpaqlarda bitir Ardıc və yabanı püstə seyrək meşəliyinin əsas bitki növlərindən biridir. Çox az hallarda bu meşəliklərdə dominant olur. Dərman bitkisidir [1, 23, 4, 5].

Yayılması: Böyük Qafqazın şərq hissəsi (Şamaxı, Qəbələ və Ağdaş rayonları), Böyük Qafqazın Quba hissəsi (Quba və Altıağac rayonları), Kiçik Qafqazın şimalı (Samux rayonu), Bozqır yaylası (Şəki rayonu), Kiçik Qafqazın cənubu (Cəbrayıl və Zəngilan rayonlarında) və Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonu) [1, 2, 3, 5].

Sayı və tendensiyası: Bozdağ silsiləsində geniş yayılmasına baxmayaraq gələcəkdə azalma tendensiyası proqnozlaşdırılır [5].

Məhdudlaşdırıcı amillər: Mal – qaranın otarılması, yanğınlar, sistemsiz kəsilmə, təbi bərpanın zəif getməsi.

Mühafizə tədbirləri: Şahdağ və Altıağac Milli Parklarında, Türyamçay, Şahbuz və Eldar şamı Dövlət Təbiət Qoruqlarında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Prilipko L.İ. 1961; 3. Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989; 4. Mehdiyeva N.P. 2011; 5. Tərtibçilərin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S.

Şəkil: Yusifov E.F.

English name: Foetid juniper or Stinking juniper

Habitat: Sparse mountain forests, rocky – gravelly slopes.

Distribution: Guba part of the Greater Caucasus (Guba and Altiaghaj regions); Eastern (AZ) Greater Caucasus (Shamakhi, Gabala and Aghdash regions); Bozgir plateau (Sheki region and Samukh region); Southern (AZ) Lesser Caucasus (Jebrayil and Zangilan regions); mountain part of Nakhchivan (Shahbuz region).